Tovuzda vətəndaşa məxsus evi yandırmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

1-08-2023, 12:35           
Tovuzda vətəndaşa məxsus evi yandırmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ildə rayonun Bozalqanlı kənd sakininə məxsus fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən Eldar Şəmşəddinov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Şəxs ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki bir neçə fermadan müxtəlif dəmir konstruksiyaları oğurlamaqda şübhəli bilinən, rayonun Qovlar şəhər sakinləri, Siruz ələsgərov, Elçin Atakişiyev və Əzəmət Hacıyev də saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqlar metalları satdıqlarını bildirilər.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru