Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir

2-08-2023, 18:58           
Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir
Xəbər verildiyi kimi, avqust ayinın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suşa şəhərində “Euronews” telekanalına müsahibəsi efirdə nümayiş etdirilib. Kanalın beynəlxalq müxbiri Aneliz Borjeslə olan bu müsahibə böyük maraqla qarşılanıb.
Cənab Prezidentin “Euronews” televiziyasına müsahibəsində konkret beynəlxalq hüquqa əsaslanaraq, Azərbaycanın Konstitusiyasına, xalqın arzu və istəyinə, iradəsinə uyğun olaraq səsləndirdiyi fikirlər, irəli sürdüyü tezislər bu gün dünyada müzakirə olunur. Müsahibədə Azərbaycanın maraqları ortaya qoyuldu və dünya ictimaiyyətinin diqqətinə çatdırıldı ki, Azərbaycan haqqında yalan informasiya yayılmasın. Laçın yolu ilə bağlı məsələlər bundan əvvəl Avropa İttifaqında müzakirə olunanda razılığa gəlindi ki, Qarabağa humanitar yardım Ağdam yolu ilə daşınsın. Bununla bağlı bütün infrastruktur, yol var, şərait yaradılıb. Azərbaycan da təsdiq edir ki, ermənilər Ağdam yolundan maneəsiz keçə bilərlər. Cənab Prezident gömrük postunu və buradan 2 mindən artıq erməninin keçdiyini də diqqətə çatdırdı. Beynəxalq Qırmızı Xaç Komitəsinin qaçaqmalçılıqla məşğul olması da dünya ictimaiyyətinin nəzərinə çatdırıldı ki, Komitə öz funksiyasının əvəzinə tamamən başqa işlərlə məşğul olur. Bir sözlə, Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir.
Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü təsdiq olundu ki, 86,6 kvadrat-kilometr ərazi Azərbaycanın, 29,9 isə Ermənistanındır. Bu, artıq sərhədlərin müəyyənləşdirilməsi üçün razılığa gəlinən məsələdir. Sovet İttifaqı dağılanda bununla bağlı qərar qəbul olunub, sərhədlər bu cür tanınıb. Sülh müqaviləsi də buna uyğun imzalanmalıdır. Əfsus ki, qeyri-qanuni silahlı dəstələrin hələ də Qarabağda olması, təxribat törətməsi, Azəbaycan sərhədlərinə atəş açılması - bütün bunlar sülhə ciddi problem yaradır. Baxmayaraq ki, Baş nazirlərin müavinləri səviyyəsində danışıqlar gedir. İcmalar arasında da bu yaxınlarda danışıqlar olacaq. Qarabağda yaşayan ermənilərlə növbəti görüş olmalıdır. Bunlarla yanaşı, cənab Prezindet bir daha sülh əlini ermənilərə uzatdı, sülh mesajı verdi.
“Euronews” telekanalına müsahbəsində Prezident İlham Əliyev Ermənistandakı ermənilərə müsaj ünvanlayaraq bildirb ki, biz onların dövləti ilə sülh istəyirik. “Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, - deyə Prezident İlham Əliyev bildirib.


Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.