Zaqatalada dövlət qeydiyyatı nişanı olmadan avtomobil idarə edənlər barəsində inzibati tənbeh tədbiri görülüb

7-08-2023, 19:46           
Zaqatalada dövlət qeydiyyatı nişanı olmadan avtomobil idarə edənlər barəsində inzibati tənbeh tədbiri görülüb
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən sürücülərə qarşı tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər müxtəlif ərazilərində keçirilən tədbir zamanı sadalanan qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib və barələrin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
Yollarda hərəkətin təhlükəsizliyinin təmini, eləcə də baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru