Britaniya layihəsinin tətbiqi paytaxtın Nizami rayonunda da uğurla davam edir

10-08-2023, 12:14           
Britaniya layihəsinin tətbiqi paytaxtın Nizami rayonunda da uğurla davam edir
Britaniya layihəsinin tətbiqi paytaxtın Nizami rayonunda da uğurla davam edir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin kommunal sahədə
islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq 4 ildir ki,
Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkəti
ilə birgə icracına başladığı bərk məişət tullantılarının yığılması, daşınması
və çeşidlənməsi layihəsi hazırda uğurla davam etdirilir. İlk olaraq
Nərimanov rayonunda başlanan layihənin həyata keçirilməsində əldə edilən
müsbət nəticələr imkan verdi ki, mərhələli şəkildə paytaxtın daha 7 rayonu
- Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Səbail və Suraxanı rayonları
da bu işlərə qoşulsun. Bu barədə BŞİH-dən xəbər verilib.
Layihə çərçivəsində həyata keçirilən işlərin gedişatının monitorinqi
məqsədi ilə mütəmadi olaraq hər bir rayon üzrə toplanan çeşidlənmiş
tullantıların tərkibi və çəkisi araşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə
edilir. Görülən hazırlıq tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi bu
layihənin icrasına 2021-ci ilin mart ayında başlanılan Nizami rayonunda
əldə edilən nəticələri uğur saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk
aylarında çeşidlənmiş tullantının həcmi bir gündə 6-7 ton, sonradan isə
tədricən 12-13 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 20-23
ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin
könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı
düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Nizami rayon
sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.
Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm
əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt
sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi
ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhərinin
kommunal təsərrüfatı xidmətləri üçün 104 ədəd kommunal təyinatlı müasir
avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi
əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal
xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olmuşdur.
Növbəti ildə də yeni texnikaların alınması nəzərdə tutulub.
Qeyd edilən layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz
saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığımızın
qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və
iqtisadi səmərə əldə olunmasına xidmət edəcəkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.