Beynəlxalq Muğam Mərkəzində “İncə sənət” adlı proqram təqdim edilib - FOTO

29-11-2023, 11:25           
Beynəlxalq Muğam Mərkəzində “İncə sənət” adlı proqram təqdim edilib - FOTO
Beynəlxalq Muğam Mərkəzində “İncə sənət” adlı proqram təqdim edilib
Beynəlxalq Muğam Mərkəzində (BMM) “İncə sənət” adlı proqram
təqdim edilib. Poeziya, nəsr, musiqi və rəssamlığı bir araya gətirən tədbirdə
zərif cinsin nümayəndəsi olan xanım sənətçilər öz yaradıcılıq nümunələrini,
sənət hisslərini tamaşaçılarla bölüşüblər.
Qonaqlar əvvəlcə BMM-nin foyesində istedadlı rəssam Mehriban
Şəmsədinskayanın iç dünyasının rəngarəngliyini, ecazkarlığını əks etdirən
əsərləri ilə tanış olublar.
Sonra şeir, musiqi və hekayətlər fonunda Pyotr İlyiç Çaykovski adına
Moskva Dövlət Konservatoriyasının məzunu Nazxanım Dadaşova (piano),
əməkdar artist Ceyla Seyidova (skripka), yazıçı və şairə, YARAT Müasir
İncəsənət Məkanının sosial və maarifləndirici proqramlar şöbəsinin rəhbəri
Ülviyyə Axundova (poeziya/nəsr), Nigar Cəfərova (soprano), Elnarə
Məmmədova (soprano) və Gülsüm Xəlilova (soprano) fərqli ifaları ilə
Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət unudulmaz
musiqi gecəsi təqdim ediblər.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.