Strateji əhəmiyyət kəsb edən əməkdaşlıq
13-12-2023, 15:08
Əsası 1997-ci ildə qurulan Serbiya-Azərbaycan əlaqələri bu gün sürətlə və dinamik şəkildə inkişaf edir, genişlənir. Azərbaycan və Serbiya prezidentlərinin rəsmi səfərləri güclənən ikitərəfli dostluq və satrateji tərəfdaşlığın təzahürüdür. Prezidentlərin davamlı görüşləri münasibətlərin geniş və hər sahədə inkişafını daha sürətləndirir. Eyni zamanda bu münasibətlərin son zamanlarda daha da güclənməsinin əsas səbəblərindən biri də dövlət başçıları arasında yaranan səmimi dostluq münasibətləridir. Eləcə də, Azərbaycan və Serbiya hər zaman bir-birlərinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmış və beynəlxalq arenada hər zaman dəstək olmuşlar.
Hal-Hazırda ölkələrimiz arasındakı siyasi-diplomatik əlaqələr yuksək səviyyədədir. Bu günədək tərəfdaşlığımızın əsas göstəricilərindən olan bir çox sənəd imzalanıb. Bu tərəfdaşlığ siyasi müstəvidə olduğu kimi iqtisadi, ticarət və mədəni sahədə də əksini tapıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Serbiya prezidenti Aleksandr Vuçiç 2023-cü ilin oktyabrında Bolqarıstanda baş tutmuş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak ediblər. Bu görüşdə Serbiya Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutan qaz, elektrik enerjisi təchizatının şaxələndirilməsinin Avropa dövlətləri üçün önəmini vurğulamış və Serbiya dövləti üçün də bu layihənin böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
Beləliklə, 2023-cü il 10 dekabr Azərbaycan Prezidenti İlham Əliyev daha bir mühüm və tarixi əhəmiyyət kəsb edən layihənin açılışında iştirak edir. Prezident Serbiya şəhərinə rəsmi səfər edərək, Serbiyanın Niş şəhərində baş tutan Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edir. Prezident İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi Azərbaycan artıq Serbiya ilə birlikdə öz qazını doqquzuncu ölkəyə ixrac edir. Bu da Azərbaycan qazının digər dövlətlər üçün nə qədər əhəmiyyətli olduğunun daha bir göstəricisidir.
Bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər.
Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasımındı çıxış edən İlham Əliyev Serbiya ilə hərtərfli münasibətlərin inkişafini vurğulamış,münasibətin sadəcə iqtisadi, ticarət, enerji sahəsində deyil, şəxsi dostluq münasibətlərində də təzahür etdiyini və bu münasibətin daha da inkişaf edəcəyini qeyd etmişdir. Prezident bu layihənin əhəmiyyətini və Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynadığını qeyd edilmişdir. Prezident çııxışı zamanı Avropa və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmış və bu memoranduma əsasən, 2027- ci ilə qədər Azərbaycan Avropaya göndərilən qazı iki dəfə artırmalıdır. Prezident çıxışı zamanı qaz interkonnektonun daha da genişləndirərək yeni bazarlara çıxmaq planlarını da bildirmişdi.
Prezident bu münasibətlərin dostluq münasibətlərində də özünü göstərdiyini və COP29 Konfransına Azərbaycanın namizədliyini dəstəklədiyini və Bakıda keçirilməsinə razılıq verilməsinin bu əlaqələrin daha da inkişafına səbəb olduğunu bildirmişdi.
Qeyd etmək istərdim ki, COP29 konfransı Dubayda keçirilən zaman 100 minə yaxın qonaq qarşılamışdı. Belə bir tədbirin gələn il Azərbaycanda keçirilməsi ölkəmiz üçün əhəmiyyət kəsb edir. Bu həm də ölkəmizin inkişafına da töhfə verəcək tədbirlərdən biri olacaq.
Prezident mərasimdə çıxışı zamanı yaşıl enerjinin əhəmiyyətindən danışmış və gələcəkdə belə layihələrin də baş tutacağını bildirmişdi.
Bolqarıstan prezidenti də çıxışı zamanı vacib mesajlar vermiş, bu layihələrin ölkələrimiz arasındakı uğurlu, faydalı, əməkdaşlığın təzhürü, rəmzi olduğunu və bu layihənin Avopanın gələcək həyatında dayanıqlı enerji ilə təmin olunmasında mühüm rol oynadığını vurğulamış və Prezient İlham Əliyevə təşəkkürünü bildirmişdi
Səfər zamanı prezidentlərin təkbətək görüşü baş tutmuş və bu görüşdə əlaqələrin genişləndirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın, dostluğun inkişafı barədə müzakirələr aparılmışdı.
Beləliklə, Azərbaycan Mərkəzi və Şərqi Avropanın qaz, enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu tərəfdaşlığın gələcəkdə də davam etdiriləcəyi zəruridir. Hal-hazırda dünya bazarında Azərbaycan öz təbii sərvətləri ilə dünyanı təmin etməsində mühüm rol oynayır, bunu ölkəmizin sürətlə inkişafına təkan verən əhəmiyyətli amillərdən biri kimi də qeydedə bilərik.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru