Yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda Azərbaycanın enerji siyasətinin əsas prioritetidir - İsrafil Kərimovun yazısı
18-12-2023, 18:56
Yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda Azərbaycanın enerji siyasətinin əsas prioritetidir
Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Müşavirə BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının -
COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar məsələlərə həsr
edilib. Müşavirədə çıxış edən ölkə başçısı ölkəmizin növbəti böyük uğura
imza atmasını - COP29 beynəlxalq konfransının Azərbaycanın paytaxtı
Bakı şəhərində keçiriləcəyini bildirib. Prezident qeyd edib ki, Azərbaycana
növbəti dəfə böyük etimad və böyük hörmət göstərilib. Ölkəmizin həyata
keçirdiyi siyasət nəticəsində Azərbaycan dünya miqyasında çox güclü
mövqelərə sahib olmuşdur. Azərbaycana beynəlxalq aləmdə olan hörmət
günbəgün artmaqdadır, ölkənin müstəqil siyasəti, prinsipial mövqeyi,
beynəlxalq hüquqa bağlılığı, sədaqəti və eyni zamanda, ölkə ərazisində
suverenliyin bərpa edilməsi Azərbaycana olan hörməti daha da artırıb.
Xüsusi olaraq vurğulanıb ki, Bakıda COP29 konfransının keçirilməsi ilə
bağlı beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə qəbul edilən bu qərar
antiterror əməliyyatından cəmi iki ay yarım sonra qəbul olunub və bununla
da, bütün dünya ictimaiyyəti bir daha Azərbaycana öz dəstəyini ifadə edib.
Müşavirədə bildirilib ki, məlum antiterror əməliyyatından sonra bəzi
Qərb ölkələri və ənənəvi olaraq Fransa Azərbaycana qarşı əsassız
ittihamlar irəli sürmüşdülər və bu ittihamların heç bir əsası yoxdur. Çünki
Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı
antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha
təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək
öz suverenliyini bərpa etmişdir. Buna baxmayaraq Fransada bəzi siyasi
liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu
vəziyyətlə barışmağa məcbur olacaqlar.
Azərbaycanın dünya birliyindəki mövqeyi durmadan atır. Ölkəmiz
Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edib və BMT-dən
sonra ən böyük beynəlxalq təşkilat olan bu təşkilatda Azərbaycanın sədrliyi
daha bir il uzadılıb. Beləliklə, dünyanın 120 ölkəsi Azərbaycana öz
dəstəyini ifadə edib.
Vurğulanıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki,
ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycanda bu günə kimi bir
çox beynəlxalq tədbirlər keçirilib. Bu il Bakı şəhərində Beynəlxalq
Astronavtika Konqresi və digər mötəbər tədbirlər, idman yarışları böyük
müvəffəqiyyətlə keçib. Prezident qeyd edib ki, “təbii ki, COP29 bu vaxta
qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını
xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min
qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə
gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən
ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində
ölkəmizdə olacaq”.
Azərbaycanda keçirilən Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min
idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq
COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək və iki həftə
ərzində Bakı dünyanın mərkəzi olacaqdır. Bu da təqribən 70-80 min xarici
qonağın bu müddət ərzində ölkəmizdə olacağı deməkdir.
Prezident İlham Əliyev bu tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq
bildirib: “Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq
tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş
Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə
start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız
var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim,
bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə
müntəzəm olaraq mənə məlumat veriləcək”.
Çıxışının sonunda ölkə başçısı COP29 beynəlxalq konfransının
dayüksək səviyyədə keçirəcəyinə şübhə etmədiyini, tədbirin ölkəmiz və
xalqımız üçün növbəti böyük uğur olacağını bildirib. Eyni zamanda, toplantı
zamanı Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək
və dünya ictimaiyyəti bir daha görəcək ki, ölkənin gələcək inkişafı yaşıl
enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin
dünya bazarlarına nəqli hazırda Azərbaycanın enerji siyasətinin əsas
prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcəkdir.
Müəllif: İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref. Xocanın Blogu