Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan şəxsdən narkotik də aşkarlanıb

26-12-2023, 10:35           
Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan şəxsdən narkotik də aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Ərəbqardaşbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Neftçala rayon sakini M.Həsənov saxlanılıb. Ondan 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Turac quşu və çöl dovşanı götürülüb.
Şəxsi axtarış zamanı M.Həsənovdan marixuana da aşkar olunub.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru