Ucar şəhərinədə polis tərəfindən müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb

26-12-2023, 17:56           
Ucar şəhərinədə polis tərəfindən  müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində respublika ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, dekabrın 25-də Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Ucar şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 2 nəfər müəyyən edilib və oradan 918 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru