Su polisi Mingəçevirdə qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə tədbir keçirib

28-12-2023, 00:19           
Su polisi Mingəçevirdə qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə tədbir keçirib
Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə hüquqazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir su anbarında və Kür çayında qanunla qadağan edilmiş vasitələrdən istifadə edilməklə həyata keçirilən balıq ovuna, eləcə də ekoloji cinayətlərə qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar balıqçılarla profilaktiki söhbət aparılıb, onlara qanun pozuntusuna yol verməməyi tövsiyyə olunub.
Həmçinin, polis əməkdaşları tərəfindən yol kənarında, müəyyən edilməmiş yerlərdə balıq satışını həyata keçirən şəxslərə qarşı nəzarət-yoxlama tədbirləri keçirilib. Qanunvericiliyin tələbləri onlara izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru