Hacıqabul polisi şəhid ailələrini ziyarət etdi

28-12-2023, 17:36           
Hacıqabul polisi şəhid ailələrini ziyarət etdi
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
27 ailənin qonağı olan şöbə əməkdaşları torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinin qayğıları ilə maraqlanıblar.
Görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, qəhrəman oğullarımızın igidlik salnamələrindən danışılıb, ailələrə sovqatlar təqdim edilib.
Şəhidlərin ailə üzvləri diqqətə görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru