İmişlidə qanunsuz ov edən şəxs saxlanılıb

28-12-2023, 17:38           
İmişlidə qanunsuz ov edən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Məmmədli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən rayon sakini A.Ağayev saxlanılıb.
Həmin şəxsə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı 1 ədəd ov silahı, həmin silaha aid patronlar, 3 ədəd səsgücləndirici və digər ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq maddi sübut kimi götürülüb götürülüb.
Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru