Azərbaycan mətbuatının inkişaf yolu qürur mənbəyidir

18-07-2024, 00:00           
Azərbaycan mətbuatının inkişaf yolu qürur mənbəyidir
Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 149 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib.
Azərbaycan mediası dünya mediasına inteqrasiya yolu tutub. Bu yol heç də asan deyil. Amma uğurlarımız var. Bu gün Azərbaycan mediası beynəlxalq aləmin diqqət mərkəzində olan Cənubi Qafqaz bölgəsi ilə bağlı etibarlı informasiya mənbəyi rolunda çıxış etməkdədir. Bunun özü kifayət qədər ciddi nailiyyətdir. Digər tərəfdən, texniki parametrlər və peşəkarlıq məsələləri baxımından da irəliləyişlər var. Ümumən, onu demək olar ki, bu gün Azərbaycanda ölkə mediasını dünya mediasının tərkib hissəsi kimi görmək istiqamətində formalaşmış iradəsi var. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında məsələyə toxunub, dəyərli fikir və düşüncələrini bölüşüb. Hesab edirəm ki, dövlət başçımızın mövcud istiqamətdəki fikirləri təkmil yol xəritəsidir.
Ümumən, Azərbaycan mediasının inkişafını iki istiqamət var. Birincisi, peşəkarlığın dərinləşdirilməsi. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzərindı dayanmaq mümkündür. İkinci məqam Azərbaycan həqiqətlərinin təbliğidir. Güclü dövlətimiz varsa, mediamız da güclüdür. Güclü olmaq üçün isə media da həqiqətlərimizin təbliğində ardıcıl və prinsipial olmalıdır. Bu zaman dünya mediasına inteqrasiya sürətlənəcək, yeni əməkdaşlıq tendensiyaları yaranacaq. Nəticə etibarilə, hər iki məqamın inkişafı doğurduğu qənaətindəyik.
Bu gün Milli Mətbuatın kifayət qədər uğurları göz önündədir və Azərbaycan Milli Mətbuatının keçdiyi yol 1875-ci ildən bugünə qədər enişli-yoxuşlu, çox da hamar olmayan problemlərlə “Əkinçi” qəzetinin fəaliyyət göstərməsi və digər məsələləri vurğulamaq olar ki, çətin dönəmlər olub. Amcaq bugünkü gündə Azərbaycan mətbuatı sözün əsl mənasında mətbuat tarixində özünün inkişaf dövrünü yaşayır. Azərbaycanda mətbuatın inkişafı ilə bağlı dövlət tərəfindən kifayət qədər lazımi sərəncamlar imzalanıb. Bu da ölkəmizdə müstəqil mətbuatın inkişafında müstəsna əhəmiyyət kəsb edən qərarlardır.
Bugünkü gündə peşəkar mətbuat formalaşıb. Çap mətbuatı ilə yanaşı, eyni zamanda elektron media qurumları uğurla öz fəaliyyətini formalaşdırıb və davam etdirir. Dünyada gedən prosesləri elektron media qurumları xüsusilə dərc etmək imkanına malikdir. Media qurumları vasitəsilə dünyanın istənilən ölkəsinə dəqiqə ərzində xəbər ötürmək və ya xəbər almaq mümkündür. Son dönəmlər Azərbaycanda zamanla ayaqlaşan Media Haqqında Qanun qəbul olunub. Bu qanun medianın bütün sferalarını özündə ehtiva edən maddələrlə zəngindir. Bu qanun ümumilikdə mətbuatın fəaliyyətində müstəsna əhəmiyyətə malikdir. Media İnkişafı Agentliyi həm yazılı mətbuata, həm də elektron media qurumlara dəstək funksiyasını kifayət qədər yerinə yetirir. Azərbaycanda Mətbuat Şurası Qeyri Hökumət Təşkilatı olaraq öz işini uğurla qurub. Bu gün Azərbaycan mətbuatı müstəqil söz və fikir azadlığını özündə ehtiva edərək sərbəst şəkildə fəaliyyət göstərir. Qarşıdan gələn Mətbuat Günü münasibətilə bütün həmkarlarımı və Azərbaycan ictimaiyyətini ürəkdən təbrik edirəm. Düşünürəm ki, cəmiyyəti mətbuatsız, mətbuatı da cəmiyyətsiz təsəvvür etmək mümkün deyil.
Bir sözlə, Azərbaycan mətbuatının 149 illik tarixi inkişaf yolu qürur mənbəyidir. Bizim milli Azərbaycan sivilizasiyanın ən mühüm nailiyyətlərindən biri olaraq qürur mənbəyidir.


Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.