"Bakcell" ilə "Dream Fest" həyəcanı baş tutub

30-07-2024, 12:30           
"Bakcell" ilə "Dream Fest" həyəcanı baş tutub
Ölkənin ən böyük özəl operatoru “Bakcell” “Dream Fest” Beynəlxalq Musiqi Festivalının premium sponsoru olub. Festival ərzində iştirakçılar “Bakcell” stendinə yaxınlaşaraq şirkətin yeni və innovativ məhsulları barədə məlumat alıblar, xüsusi hədiyyələr qazanmaq imkanı əldə ediblər. Bundan əlavə, şirkət festivalda çıxış edən dünya ulduzlarına “Bakcell” nömrələri təqdim edərək onları ölkəmizdə olduqları müddətdə yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edib.

Qeyd edək ki, 23-28 iyul tarixlərində baş tutan “Dream Fest” festivalında ABŞ, MDB və Avropa İttifaqı, Böyük Britaniya, Kanada və Türkiyə kimi ölkələrdən 100-ə yaxın müğənninin çıxışı ilə yadda qalıb. Altı gün ərzində tamaşaçılar Xəzər dənizi sahilində açıq havada möhtəşəm şou və musiqidən həzz alıblar.

Qeyd edək ki, gələcəyə hədəflənən yeni brend strategiyası ilə “Bakcell” ölkəmizdə abunəçilərə innovativ xidmət və məhsullar təqdim edir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru