Avqustun 01-də hava necə olacaq

1-08-2024, 07:43           
Avqustun 01-də  hava necə olacaq
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu. Əsasən yağmursuz. Lakin iyulun 31-dən avqustun 01-nə keçən gecə bəzi şəhərətrafı
ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunu olacaq.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu
düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
Hidrometeoroloji Proqnozlar Bürosu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru