Respublika günü İsmayıllıda yüksək səviyyədə qeyd edilib FOTO
26-05-2017, 21:05
teref.az - Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”. Tariximizin bu şərəfli səhifəsi başlanğıcını 28 may 1918-ci ildən – Azərbaycan Demokratik Respublikasının yaranması günündən götürüb. ADR-in, Şərqdə ilk demokratik dövlətin yaranmasının 99 ili tamam olur. Bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyəti Heydər Əliyev adına Mədəniyyət sarayında təntənəli tədbir keçirib. Bayram tədbirini RİH başçısının müavini, YAP rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova açıb və hər iki təşkilatın adından iştirakçıları təbrik edib. Dövlət Himni səsləndirilib. Rayon təhsil şöbəsinin müdiri, Əməkdar müəllim Rasim Orucov məruzə edib. Əməkdar incəsənət xadimi Aşıq Əhliman Rəhimovun, müğənnilər İsmayıl Abbasovun və Sahibə Abdullayevanın, İvanovkanın “Slavyanoçka” folklor qrupunun, “Niyal” instrumental ansanblının iştirakı ilə böyük konsert olub.