Nəsimi rayonunda yeni dünyaya gəlmiş uşaqlara doğum şəhadətnamələri verildi FOTO

2-06-2017, 13:05           

Teref/info - Nəsimi rayonunda 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilən silsilə tədbirlər davam edir. Növbəti tədbir Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzin doğum şöbəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilib.
Nəsimi rayon Qeydiyyat şöbəsi əməkdaşları burada dünyaya gələn 70-dən artıq uşaqlara şəhadətnamə veriblər.Yeni doğulan uşaqların adları bir-bir çəkildikdən sonra valideyinlərə doğum şəhadətnaməsi ilə yanaşı, hədiyyələr də təqdim edilib.
Tədbirdə Nəsimi rayon icra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon Qeydiyyat Şöbəsinin müdiri Aynur Sabitova və Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək uşaqları təbrik etmiş, valideynlərə uşaqların sağlam, gümrah böyüməsi və tərbiyəsi istiqamətində məsləhətlər vermişlər.





















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru