İsmayıllıda Beynəlxalq Müəllim günü qeyd edilib.

5-10-2017, 21:57           

teref.az -“Röya” Şadlıq sarayında 5 oktyabr- Beynəlxalq Müəllimlər Gününə həsr olunan bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qabaqcıl və veteran müəllimləri təbrik edərək bildirilib ki, məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, İsmayıllıda təhsil sahəsində qazanılan uğurlardan bəhs ediblər.
Tədbirdə İsmayıllı şəhər 5 saylı tam orta məktəbin fizika müəllimi Dürdanə Ağayeva Əməkdar müəllim adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Mahmudovanın isə “Tərəqqi” medalına görülmələri üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bir neçə qabaqcıl müəllimə rayon icra hakimiyyətinin Fəxri Fərmanı verilib. Həmçinin 65 yaşı tamam olmuş müəllimlərə qiymətli hədiyyələr təqdim olunub, Tədbirin musiqi bəzəyi və tərtibatını “Niyal” instrumental ansambılı verib.




















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.