"OpenAI" “LinkedIn”ə rəqib oldu - Yeni işə qəbul platforması yaradıldı

Bu gün, 11:44           
"OpenAI" “LinkedIn”ə rəqib oldu - Yeni işə qəbul platforması yaradıldı
"OpenAI" yeni işə qəbul platforması – "OpenAI Jobs" və onunla birlikdə "OpenAI" Sertifikatlaşdırmaları proqramını istifadəyə verəcəyini açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkətin rəhbərlərindən Fidji Simo bildirib ki, məqsəd insanlara süni intellekt bacarıqları öyrətmək və onları bu bacarıqlara ehtiyacı olan şirkətlərlə birləşdirməkdir.

Yeni platforma iş axtaranlarla işəgötürənləri birbaşa süni intellekt alqoritmləri vasitəsilə uyğunlaşdıracaq. Bu xidmət həm böyük beynəlxalq şirkətlər, həm də yerli bizneslər və dövlət qurumları üçün nəzərdə tutulur.

Sertifikat proqramı isə istifadəçilərə "ChatGPT" vasitəsilə təlim keçməyə və süni intellekt üzrə biliklərini rəsmi sənədlə təsdiqləməyə imkan verəcək. "OpenAI"nin məqsədi 2030-cu ilə qədər 10 milyon nəfəri sertifikatlaşdırmaqdır. "Walmart", "John Deere" və "Accenture" kimi şirkətlər artıq layihəyə qoşulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru