Cənubi Koreya şirkəti əməkdaşlarını ABŞ-dan dərhal çıxmağa çağırdı

Bu gün, 12:04           
Cənubi Koreya şirkəti əməkdaşlarını ABŞ-dan dərhal çıxmağa çağırdı
Cənubi Koreya şirkəti əməkdaşlarını ABŞ-dan dərhal çıxmağa çağırdı
Cənubi Koreyanın LG Energy Solution şirkəti ABŞ-a işgüzar səfərdə olan işçilərini dərhal Koreyaya qayıtmağa və ya indiki yaşayış yerlərini tərk etməməyə çağırıb.

Məlumatı Yonhap xəbər agentliyi yayıb. Bildirilir ki, qərara səbəb şirkətin ABŞ-ın Corciya ştatında tikilməkdə olan Hyundai zavodunda yüzlərlə koreyalı işçinin saxlanmasıdır.

Qeyd edək ki, dünən ABŞ-ın Corciya Cənub Dairəsi üzrə Prokurorluğu bildirib ki, ştatda Hyundai akkumulyator zavodunun tikintisində keçirilən reyd zamanı azı 475 nəfər saxlanılıb. Daha sonra Cənubi Koreyanın xarici işlər naziri Ço Tae Yeol bildirib ki, saxlanılanların 300-dən çoxu Cənubi Koreya vətəndaşıdır. \\Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru