"Facebook" bu funksiyanı geri gətirir

Bu gün, 11:54           
"Facebook" bu funksiyanı geri gətirir
“Meta” şirkəti feysbuka bir zamanlar populyar olan “Poke” (“dürtmək”) funksiyasını yenidən qaytarır.

Bu barədə məlumat sosial şəbəkənin rəsmi instaqram hesabında paylaşılıb.

Bildirilib ki, həmin funksiyadan feysbukun mobil tətbiqində istifadə etmək mümkün olacaq.

Tətbiqdə kimlərin sizi “Poke” etdiyini göstərən xüsusi səhifə mövcud olacaq.

Qeyd edək ki, “Poke” düyməsi ilk olaraq 2004-cü ildə yaradılmışdı. Lakin daha sonradan funksiyaya maraq azaldığından 2014-cü ildə tətbiqdən ləğv edilmişdi. \\Valyuta.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru