Qarşıdan gələn prezident seçkilərində bütün prezidentliyə namizədlər üçün bərabər imkanlar yaradılmışdır
29-03-2018, 19:15
Qarşıdan gələn prezident seçkilərində bütün prezidentliyə namizədlər üçün bərabər imkanlar yaradılmışdır. Prezidentliyə namizəd İham Əliyevin seçki kompaniyası böyük ruh yüksəkliyi ilə davam etməkdədir. Bu seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətilə bərabər Ana Vətən Partiyası da Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyini dəstəkləyir. Ana Vətən Partiyasının sədri millət vəkili Fəzail Ağamalı İlham Əliyevin seçki kompaniyasında fəal iştirak edir. F.Ağamalı Salyan-Neftçala şəhərlərində böyük coşqu ilə keçən çoxmilli dəstək mitinqində Salyan-Neftçala seçicilərini İlham Əliyevə səs verməyə, onu dəstəkləməyə çağırmışdır. F.Ağamalının və digər çıxış edənlərin İ.Əliyevi dəstəkləyən çıxışları seçicilər tərəfindən alqışlarla qarşılanmışdır.