Sabirabad rayonunda hər hansı bir zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama
23-06-2018, 18:23
Bəzi informasiya vasitələrində Sabirabad rayonunda pambıqçıların zəhərlənməsi ilə əlaqədar əsası olmayan məlumatlar yayılıb
AzFakt.com xəbər verir ki, MKT İstehsalat Komersiya MMC-nin Sabirabad filialının Muğan Gəncəli kəndinin ərazisində fermerə məxsus 40 hektarlıq pambıq sahəsində 6 iyun 2018-ci il tarixdə mənənə-tripis ziyanvericilərinə qarşı dərmanlama aparılıb, sonrakı günlərdə heç bir dərmanlama işləri keçirilməyib. Həmin vaxtan iki həftə müddət keçmiş, fəhlələr bir həftədir ki, göstərilən sahədə becərmə işləri ilə məşğuldurlar.
23 iyun tarixində həmin sahədə işləyən 21 nəfərdən 6-sı Sabirabad Mərkəzi rayon Xəstəxanasına müraciət edərək özlərini pis hiss etdiklərini bildirmişlər. Həkimlər tərəfindən həmin pambıqçılarda olan əlamətlər günvurma simtomlarına uyğun olduğu üçün həmin təyinat üzrə proflaktiki tədbirlər görülüb.
Hazıda onların vəziyyəti normaldır, evlərinə buraxılıblar.
Bir daha bildirirəm ki, bu məlumat tamamilə qərəzlidir və heç bir fakta əsaslanmayan uydurmadır.
Ramin Əsədov MKT İK MMC-nin Sabirabad filalının direktoru