YABANI HALDA BİTMİŞ CƏTƏNƏ KOLLARI MƏHV EDİLİB

2-08-2018, 12:43           
YABANI HALDA BİTMİŞ CƏTƏNƏ KOLLARI MƏHV EDİLİB
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, iyulun 31-də Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Niyazabad kənd ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 100-200 sm olan 47 ədəd çətənə kolu narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
Narkotik tərkibli çətənə bitkiləri Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.