“İstəklilər, və ya istəyənlər, arzu edənlər koalisiyası”

Bu gün, 10:14           
“İstəklilər, və ya istəyənlər, arzu edənlər koalisiyası”
Rusiyanın Ukraynaya vəhşi və hüquqsuz hücumu, işğal cəhdi başlayandan bəri Ukrayna dövləti və xalqı haqqında çox xoş sözlər deyildi, doğru tezislər səsləndirildi, beynəlxalq hüquqa çox istinad edildi – amma, əməl, hərəkət, gözləntidən daha az oldu.
Məsələn, bu gün də AB ölkələrinin tamamına yaxını Ukrayna haqqında çox doğru-düzgün ifadələr işlədirlər, tezislərinə söz ola bilməz, bəyantlarda ki, heç, göylərdə uçuşur.
Bir neçə ay öncə AB ölkələri və Britaniya, “istəklilər (arzulayanlar) koalisiyası” adlı bir təşəbbüs irəli sürdülər. Əvvəl çox sərt danışdılar, çox ağır bəyanatlar verdilər, Ukraynaya qoşun, əsgər göndərəcəklərini söylədilər, bir neçə illə yayılacaq, işərisində Ukraynaya da yardım nəzərdə tutulan 800 mlrd. avroluq hərbi xərclər də elan etdilər. Sonra isə öz sözlərinin bir çoxundan geri durdular, ən sonda gedib Trampın qarşısında məktəblilər kimi oturub dedilər ki, bizə ABŞ zəmanət verməsə, heç nə edə bilmərik, addım belə atmarıq.
Bunları nədən xatırlatdım – dünya yaranandan bəri hüquq anlayışını, hüququ, imzalanan sənədləri güc formalaşdırıb, möhürü güc vurub. Bu ədalətlidirmi – yox, amma reallıqdırmı – bəli.
İnsanlıq tarixini həmişə inananlar yazıb, istər dində, indər siyasətdə, hətta miflərdə belə məhz inananlar öndə olub, bir daha – İNANANLAR, arzu edənlər, istəyənlər, doğru sözlərdən ibarət “tost” deyənlər yox, inananlar, əməli iş görənlər öndə olublar.
Bu inananlar heç də həmişə yaxşı insanlar olmayıblar, amma ideyaya, məqsədə görə ölüb-öldürməyi göz önünə alanlar tarix yazıblar. Bolşeviklər, nasistlər, faşistlər – son 150 il insanlıq tarixində bu “inanlar” bəşəriyyətə zülm ediblər, amma tarixi, gedişatı, sərhədləri dəyişə biliblər.
Başqa inananlar da yarandı – liberalizmə, haqqa, hüquqa inanlar bəşəriyyəti inkişaf etdirməyə çalışdılar, müəyyən uğurlar da oldu, amma, sonradan dəyərləri, prinsipləri maraqlara qurban verməyə başladılar, ikili, hətta üçlü-dördlü yanaşmalarla ideallardan kənarlaşdılar. Son 30 ildə isə özləri “bolşevikləşdilər”, fərqli fikirləri dözümsüz olmala yanaşı, yalançı gündəmlər, aşırı tənzimləmələrlə bəşəriyyətə ziyan vurmağa başladılar.
Yalançı, pvesdo-liberalizm o qədər iyrənc formalar aldı ki, avtoritarizm demokratiyadan daha effektiv olmağa başladı – “günəş” sözünü doğru oxuya bilməyənlər üçün bir daha təkrar edirəm: daha yaxşı yox ha, daha effektiv olmağa başladı.
Avtoritarizm hədəf qoyub, hədəfə çatmaq üçün əməli addımlar atdıqca, “istəklilər dəstəsi” ancaq söz, “tost” deməklə məşğul oldular. Yəni, avtorirazim öz ideyalarına görə (səhv, düz fərqi yoxdur) öldürməyi, ölməyi, qurban verməyi gözə aldıqca, “istəklilər” öz komfort zonalarından çıxamadan, hərəkət etmədən ancaq doğru sözlərlə yetindilər.
Bu gün Ukrayna dövləti və xalqı üçün ən əziz günlərdən biridir – Ukrayna xalqını təbrik edirəm, inanıram ki, Ukrayna dövləti həmişə var olacaq, ən böyük arzum odur ki, Ukraynanın yanında “istəklilər” deyil də, “əməli iş görənlər” daha çox olsun.
Ukrayna dövləti isə “anti” layihədən çıxsın, “pro” layihəyə çevrilsin, siyasətdə, dövlət quruculuğunda xalqları, siyasi təşkilatları, siyasətçiləri “dalana sürükləyən” yol həmişə “anti” layihələr olub, onlar məhsuldar, cəlbedici ola bilməz, nəsə qurub-yaratmaq üçün “pro” ideologiya daha güclüdür, doğrudur, nəticəyə yönəlikdir...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru