"Google" rəsmi olaraq yeni planşetlərin istehsalını dayandıracağını təsdiqləyib. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Qeyd edilib ki, şirkət 2023-cü ildə "Pixel" planşetinin buraxılmasından sonra bu kateqoriyada bir dənə də olsun yeni cihaz təqdim etməyib.
"Google" yeni, daha uyğun bir konsepsiya tapana qədər cihazların bu kateqoriyası üçün perspektivli bir gələcək görmədiyini göstərərk belə qərar verib. "Bloomberg"in məqaləsində "Google"dan sitat gətirilib. Qeyd edilib ki, “ən azı yaxın gələcək üçün Google istifadəçilərin smartfondan əhəmiyyətli dərəcədə böyük olan cihazı gəzdirməsi ssenarisini nəzərdə tutmur”.
Qeyd edək ki, əvvəllər xarici KİV şirkətin ən azı iki yeni nəsil planşet buraxmaq planları haqqında yazırdı. Amma bunlar şayiələr kimi qiymətləndirilirdi. Sonradan bu layihələrin real olduğu deyilsə də, bununla bağlı planlar ləğv edildi.