Aygün Bəylərin qızı: “İstəmirəm ki, mənə yazıqları gəlsin” - VİDEO

Bu gün, 12:16           
Aygün Bəylərin qızı: “İstəmirəm ki, mənə yazıqları gəlsin” - VİDEO
Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan anası ilə bağlı açıqlamalar veirb.

O, bu barədə “Səhər görüşləri” verilişində danışıb.

Anası üçün darıxdığını deyən Canan göz yaşlarını saxlaya bilməyib:

“Sənətkar üçün darıxmaq lazım deyil, o, hələ də var, həmişə olacaq. Mən sənətkar üçün yox, anam üçün darıxıram. Mən anasız qalan tək uşaq deyiləm. İstəmirəm, içimdə, ailəmdə, ürəyimdə olanları bütün Azərbaycanın qarşısına çıxaraq ki, mənə yazıqları gəlsin.

Çox insan tanımışam ki, onlar da mənim keçdiyimdən keçiblər. Mənim yaşadıqlarım onların yaşadığından nə azdır, nə də çox. Hər uşağın, hər kəsin öz ürəyi var, ürəyi ağrıya bilər. Bu, o demək deyil ki, bir insanın ağrısı başqasından çoxdur, ya da azdır. Mənə elə gəlir ki, “anam rəhmətə gedib, Aygün Bəylər rəhmətə gedib” deyə danışmağın mənası yoxdur. Çünki o, ölməyib, yaşayır”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru