Sibiqa: “Ukraynanın müstəqilliyi Avropanın təhlükəsizliyinin təməl daşıdır”
Bu gün, 12:14
“Ukraynanın müstəqilliyi Avropanın təhlükəsizliyinin və bütün dünyada azadlığın gələcəyinin təməl daşıdır”
“Ukraynanın müstəqilliyi Avropanın təhlükəsizliyinin və bütün dünyada azadlığın gələcəyinin təməl daşıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukraynanın Müstəqillik Günü ilə bağlı “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Ukraynanın Müstəqillik Günü təkcə Ukraynanın sərhədlərini deyil, həm də qaydalara əsaslanan beynəlxalq nizamı və ümumbəşəri dəyərləri qoruduğumuzu xatırladan güclü bir xatırlatmadır. Ukraynanın müstəqilliyi Avropanın təhlükəsizliyinin və bütün dünyada azadlığın gələcəyinin təməl daşıdır", - nazir qeyd edib.
Sibiqa Kiyevin müttəfiqlərinə dəstəyə görə təşəkkür edib və vurğulayıb ki, bu birlik “həqiqət və ədalətin təntənəsi üçün əsasdır”.