Şri-Lankada keçmiş neft nazirinin cangüdənləri etirazçılara atəş açıb

29-10-2018, 07:41           
Şri-Lankada keçmiş neft nazirinin cangüdənləri etirazçılara atəş açıb
Şri-Lankada "Ceylon Petroleum Corporation" (CPC) neft-qaz şirkətinin binası qarşısında etirazlar zamanı baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 2-si yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisə istinadən yerli "Daily Mirror" nəşri yazıb.

Bildirilir ki, hadisə Kolombo şəhərinin Demataqoda rayonunda qeydə alınıb.

Etirazçılar ölkənin keçmiş neft ehtiyatları naziri Arcuna Ranatunqa gələn zaman bina qarşısına toplaşıblar. Polisin məlumatına görə, nazirin təhlükəsizlik xidmətinin əməkdaşları etirazçılara atəş açıblar.

Üç zərərçəkmiş xəstəxanaya yerləşdirilib, biri sonradan keçinib. Bir təhlükəsizlik əməkdaşı saxlanılıb.

Bundan əvvəl Çilinin Tyrera del Fueqo (Yanar torpaq) əyalətində Argentinanın YPF neft-qaz şirkətinə məxsus 720 min litrdən çox neft dağılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru