Şahzadə sadə vətəndaşa ərə gedib milyonlarla təzminat aldı: Əvəzində isə...
29-10-2018, 15:25
Yaponiya şahzadəsi Ayako Takamoda sıravi vətəndaşa ərə gedib və beləliklə statusunu itirib.
Cebhe.info xarici mətbuata istinadən bildirir ki, imperatorun qohumu olan gənc qadının nikah mərasimi keçirilib. Onun seçimi sadə vətəndaş Key Moriya olub.
“Japan Today” yazır ki, mərasim Meydzi məbədində baş tutub və sadəliyi ilə diqqəti çəkib. Mərasimdə cəmi 30 nəfər iştirak edib. Gənc gəlin Xeyan dövründəki (794-1185-ci illər) geyim tərzi ilə diqqəti cəlb edib.
Gəlin hələ ötən həftə imperator Akixito və onun xanımı ilə vidalaşıb. Saraydan getdiyini və ailəyə bacardığı köməyi davam etdirəcəyini bildirib.
Yapon imperator ailəsinin ənənəsinə görə, kişilər adi qadınlarla evlənə bilər və bu zaman gəlin imperator ailəsində status qazanır. Amma imperator ailəsinin qadınlar sıravi vətəndaşa ərə gedərsə, statusunu itirir. Statusunu itirən gəlin də bunun müqabilində dövlət xəzinəsindən 107 milyon yen təzminat alıb.