Qəddafinin dondurulmuş hesabından milyardlarla avro çıxarılıb

29-10-2018, 20:46           
Qəddafinin dondurulmuş hesabından milyardlarla avro çıxarılıb
Belçikada Liviyanın sabiq lideri Müəmmar Qəddafinin dondurulmuş hesablarından yoxa çıxan bir neçə milyard avronun aqibəti araşdırılır.

Xəzərİnfo-nun Finmarket.az-a istinadən verdiyi məlumata görə, həmin vəsaitin Liviyadakı müxtəlif qruplaşmaların maliyyələşməsində istifadə olunduğu barədə şübhələr səsləndirilir.

BMT Təhlükəsizlik Şurası Müəmmar Qəddafinin ölümündən sonra Liviya aktivlərini dondurmaq barədə qərar qəbul edib. Belçikada 4 bankda vəsaitlər dondurulub. Lakin sonradan bu aktivlərin faizlərinin və dividentlərinin dondurulmadığı məlum olub. 2012-ci ildən başlayaraq, hesablardan 3 və ya 5 milyard avro çıxarıldığı aşkar edilib. Lakin onların hara xərcləndiyi heç kəsə məlum deyil.

Təhqiqatı məhkəmə müstəntiqi Mişel Klez aparır. Federal deputatların da hadisə ilə maraqlandığı bildirilir.

2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsi və qətlindən sonra Liviya gərgin böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində ümumi seçkilər nəticəsində formalaşan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan milli razılıq hökuməti fəaliyyət göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.