İran katerləri general Votelin mindiyi gəmini TƏHDİD ETDİ

29-10-2018, 20:56           
İran katerləri general Votelin mindiyi gəmini TƏHDİD ETDİ
Bəsrə körfəzində İranın İslam İnqilabı Keşikçiləri qüvvələrinə məxsus iki sürətli kateri ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandiri Cozef Votelin içərisində olduğu ABŞ amfibiya gəmisi “Esseks”ə və ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin desant gəmisinə təqribən 300 metlik məsafəyə qədər yaxınlaşıb.


NBS telekanalının məlumatına görə, cümə günü beynəlxalq sularda altı ədəd İran sürət kateri Amerika gəmiləri üçün təhlükəli məsafədə manevr edirmiş.

“Esseks” gəmisinin kapitanı Brayan Matti İran dənizçilərinin hərəkətlərini “təhlükəsiz və peşəkar, lakin qıcıqlandırıcı davranış” kimi səciyyələndirib. Mattinin sözlərinə görə, cümə axşamı günü İran katerlərindən biri ratsiya vasitəsilə, İran körfəzinin İrana məxsus sularındakı uçuşlara davam edəcəkləri təqdirdə desant gəmisində yerləşmiş vertolyotlara atəş açacaqları barəsində xəbərdarlıq edib. Amerika tərəfi uçuşlara davam eləsə də, İran tərəfi atəş açmayıb.

Xatırladaq ki, 2016-cı ilin yanvarında İran öz sahil sularına daxil olan iki kiçik ABŞ patrul katerinin heyətini girov götürmüşdü. 10 nəfər dənizçi 24 saat saxlanıldıqdan sonra azadlığa buraxılmışdı.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru