​Zurabişvilidən müxalifətə: Onlar məni yaxşı tanımırlar...

30-10-2018, 22:42           
​Zurabişvilidən müxalifətə: Onlar məni yaxşı tanımırlar...
Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili ikinci tur seçkilərində iştirak etməyəcəyi ilə bağlı yayılan məlumatları əsassız adlandırıb.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, xanım namizəd 28 oktyabrda baş verənləri hamının qələbəsi sayıb.
“Bizi dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Birinci turda ilk yerdəyik. “Rustavi 2” iddia edir ki, mən namizədliyimi geri çəkmişəm. Görünür, məni yaxşı tanımırlar. Mən inadkaram, sonacan gedirəm. Mən mübarizəyə hazıram, çünki sizə inanıram. Mən sizin seçiminizə inanıram”, - deyə xanım namizəd bildirib.
Qeyd edək ki, bazar günü Gürcüstanda prezident seçkisi baş tutub. Seçkidə hökumətin dəstəklədiyi Salome Zurabişvili və müxalifətin təmsilçisi Qriqol Vaşadze təqribən eyni nəticə göstəriblər. Namizədlərin heç biri 50+1 faiz toplamadığından, ikinci tur keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru