Monqolustan prezidenti aclıq aksiyasına hazırlaşır

31-10-2018, 00:03           
Monqolustan prezidenti aclıq aksiyasına hazırlaşır
“Böyük Xalq Xuralı (parlament) özünü buraxdığını elan etməsə, aclığa başlayacaq, yaxud da fərdi qaydada piketə çıxacağam”.

Teref.az report-a istinadən xəbər verir ki, bunu C1 dövlət telekanalının canlı efirində Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa bildirib.

Dövlət başçısı Xural və hökumət tərəfindən onun tənqidlərinə laqeyd münasibətə, parlamentin özünü buraxmaq məsələsini müzakirə etmək təklifinə fikir verməməsinə hansı cavab addımları atacağı haqqında suala “Aclığa başlamaq. Görün nə günə qalmışıq” deyib.

Xatırladaq ki, X.Battulqa müxalifətdəki Demokrat Partiyasını təmsil etdiyi halda, Böyük Xalq Xuralında üstünlük ta 1920-ci illərdən Monqolustan Xalq İnqilabçı Partiyası adı ilə hakimiyyətdə olan, 80-ci illərin demokratikləşmə dövründə isə Monqolustan Xalq Partiyasına çevrilən keçmiş komunistlərə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru