Bu Avropa ölkəsi də İrana qarşı: səfirini geri çağırır
31-10-2018, 00:02
Danimarka İrandakı səfirini geri çağırmaq barədə qərar verdiyi bildirilir.
Axar.az xəbər verir ki, Danimarka hökuməti İranın bu ölkədəki xüsusi xidmət orqanlarının fəaliyyətinə görə belə bir addım atıb.
Qeyd edilir ki, İran əsilli Norveç vətəndaşı oktyabrın 21-də İsveçin Höteborq şəhərində həbs edilib. O, müstəqil ərəb dövlətinin yaradılmasını dəstəkləyən ərəb hərəkatının Danimarka bölməsinin liderini öldürməli idi.