İran ordusu ölkənin şimalında hərbi təlimlərə start verib.
Qaynarinfo xəbər verir ki, İran Dövlət Televiziyası yeni nəsil "Sayyad 2" raketləri, havadan müdafiə sistemlərini, zenit batareyalarının fotolarını yayıb.
Qeyd edək ki, bu gün ABŞ-ın İran əleyhinə tətbiq etdiyi sanksiyaların 2-ci mərhələsi qüvvəyə minib. İranın hərbi təliminin güc nümayişi olduğu bildirilir.