181 sərnişinin öldüyü təyyarə qəzasının səbəbi bəlli oldu

5-11-2018, 19:41           
181 sərnişinin öldüyü təyyarə qəzasının səbəbi bəlli oldu
İndoneziyanın “Lion Air” aviakompaniyasının qəzaya uğrayan “Boinq 737” təyyarəsinin sürət göstəricisində nasazlıq aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, təyyarənin həm qəza ilə nəticələnən, həm də əvvəlki uçuşları zamanı sürət göstəricisi düzgün işləməyib. İndoneziyanın nəqliyyatda təhlükəsizlik komitəsinin məlumatına əsasən, sürət göstəricisinin nasazlığı “qara qutu”nun oxunması zamanı müəyyənləşib. Komitə rəhbərinin sözlərinə görə, beləliklə, pilotlarda sürət və yüksəklik barədə məlumatlar yanlış olub.
Bununla yanaşı, qəzanın səbəbləri barədə rəsmi nəticə hələlik elan edilməyib.
Xatırladaq ki, oktyabrın 29-da Cakartadan Sumatra adasına uçan “Lion Air” aviakompaniyasına məxsus “Boinq 737 MAX” təyyarəsi havaya qalxdıqdan bir qədər sonra Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru