Müsəlmanların tikdiyi sarayda namaz qadağan edildi

6-11-2018, 00:00           
Müsəlmanların tikdiyi sarayda namaz qadağan edildi
İyul ayında ölkə xaricindən gələn müsəlmanlara Tac Mahalda cümə namazı qılmaq qadağan edilmişdi
Hindistanın Arxeoloji Araşdırmalar Qurumu əfsanəvi Tac Mahal saray kompleksində müsəlmanların dəstəmaz almaq üçün istifadə etdiyi su çənini möhürləyib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Tac Mahalda su çəninin möhürlənməsi ziyarətçi müsəlmanların etirazına səbəb olub. Məsələ ilə bağlı Tac Mahalın İntizam Komitəsinin rəhbəri Seyid İbrahim Hüseyn açıqlama verərək uzun illərdir burada namaz qıldığını, bu qadağa üçün hansısa səbəbin olmadığını bildirib.

Xatırladaq ki, iyul ayında ölkə xaricindən gələn müsəlmanlara Tac Mahalda cümə namazı qılmaq qadağan edilmişdi.

Qeyd edək ki, Tac Mahal müsəlman şərkərdə Cahan şahın əmri ilə Təbrizdən gətirilən türk memarları tərəfindən tikilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru