ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsinin adı bu həftə açıqlanacaq

6-11-2018, 08:19           
ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsinin adı bu həftə açıqlanacaq
ABŞ prezidenti Donald Tramp jurnalistlərə ölkənin BMT-dəki yeni daimi nümayəndəsinin adını bu həftənin sonunda açıqlayacağını bildirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, sözügedən vəzifə 17 dekabr 2017-ci il tarixindən bu işi icra edən Nikki Heylinin oktyabrın 9-da istefa verməsindən sonra boşdur.

Məlumdur ki, Amerika lideri artıq bu yerə Dövlət Departamentinin mətbuat katibi Hizer Noyerti dəvət edib. Lakin onun bu təklifi qəbul edib-etmədiyi hələ məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru