ABŞ-ın sanksiyalarının fəaliyyətimizə təsir edəcəyini düşünmürük - “Bank Melli İran-Baku”

6-11-2018, 11:27           
ABŞ-ın sanksiyalarının fəaliyyətimizə təsir edəcəyini düşünmürük - “Bank Melli İran-Baku”
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində xüsusi siyahıya saldığı qurumlar arasında İran Milli Bankı və onun Bakıda fəaliyyət göstərən filialı (“Bank Melli İran-Baku”) da var.

“Report” sanksiyaların filialın fəaliyyətinə necə təsir edəcəyi ilə maraqlanıb.

“Bank Melli İran-Baku”dan bildirilib ki, onların müştəriləri arasında ABŞ-dan asılılığı olan fiziki və hüquqi şəxslər yoxdur: “Odur ki, sanksiyaların fəaliyyətimizə təsir edəcəyini düşünmürük”.

Xatırladaq ki, İran bankı Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Onun Bakı filialının nizamnamə kapitalı 76 611 171 manatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru