Avropa öz ordusunu yarada bilər – AK rəsmisi

7-11-2018, 08:45           
Avropa öz ordusunu yarada bilər – AK rəsmisi
Avropa İttifaqı hansısa mərhələdə özünün ordusunu yarada bilər.

Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makronun “Avropa ordusunun yaradılması” barədə fikirlərinə münasibət bildirən Avropa Komissiyasının nümayəndəsi Marqaritis Şinas deyib.

“Avropa Komissiyası bu çətin geosiyasi məqamlarda tədricən daha mənalı və iddialı bir müdafiə strukturu qurulması üçün bir çox təşəbbüslər və təkliflər irəli sürmüşdür. Düşünmürəm ki, bu proses Avropa ordusunun yaradılması ilə başlayacaq. Ola bilər hansısa məqamda – bu prosesin sonunda biz elə bir struktur yaradaq ki, insanlar onu "Avropa İttifaqı ordusu" adlandırsınlar”, - Şinas bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.