Rubl kəskin ucuzlaşacaq – Rus ekspert

7-11-2018, 10:13           
Rubl kəskin ucuzlaşacaq – Rus ekspert
Rublun kursu 2019-cu ildə kəskin şəkildə ucuzlaşa bilər.

Axar.az xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında “Vneşekonombank”ın baş iqtisadçısı Andrey Klepaç deyib. Onun sözlərinə görə, buna mövcud və gözlənilən sanksiyalar səbəb olacaq:

“Düşünmürəm ki, indi rublun kursuna təzyiqlər mümkündür. Rublun kursu cari ilin sonuna qədər hazırkı səviyyədə qalacaq və hətta möhkəmlənəcək. Lakin gələn il sanksiyalarsız belə rubl ucuzlaşacaq. Sanksiyalar artıq iqtisadiyyata lazım olan təsiri göstərib, maliyyə və valyuta bazarını destabilizasiya edib. Məhz buna görə Rusiya dünya bazarından təcrid olunub. Ölkədən kapital axını yenidən artacaq. Bu əvvəllər proqnozlaşdırılan 30 milyard dollar əvəzinə 60 milyard ola bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru