Сənubi Koreya KXDR-ə 200 ton narıngi göndərib

11-11-2018, 09:47           
Сənubi Koreya KXDR-ə 200 ton narıngi göndərib
Cənubi Koreyanın hakimiyyət orqanları təyyarə ilə KXDR-ə 200 ton narıngi göndərib.

"Report" xəbər verir ki, bu barədə "Renxap" agentliyi ölkə prezidentinin administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, narıngilər Seulun Pxenyanın göndərdiyi iki tonluq yeməli "maçutake" göbələklərinə cavab hədiyyəsi olub. Daha əvvəl KXDR lideri Kim Çen In Cənubi Koreyanın prezidenti Mun Çje İnə 2 ton qiymətli göbələk hədiyyə edib.

"Narğıngilər ona görə seçilib ki, indi onların mövsümüdür və Şimali Koreyada bu məhsula nadir hallarda rast gəlinir", - deyə Cənubi Koreya prezidentinin nümayəndəsi bildirib.

Mun Çje İn administrasiyasından əlavə ediblər ki, Cənubi Koreya KXDR-də bu məhsulun dadına daha çox insanın baxacağına ümid edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru