Qaşıqçının redaktora məktubu: Salmanı təcrid etmək vaxtıdır

11-11-2018, 09:50           
Qaşıqçının redaktora məktubu: Salmanı təcrid etmək vaxtıdır
“Vaşinqton Post” redaktoru Karen Attiah qətlə yetirilən jurnalist Camal Qaşıqçının sentyabr ayında ona elektron poçt göndərərək, ölkəsindəki vəziyyətdən şikayətləndiyini bildirib.

Axar.az xəbər verir ki, Attiah bu barədə “Vaşinqton Post” qəzetindəki məqaləsində yazıb. O, Qaşıqçının məktubunu yazıya əlavə edib:

“Ailəm və dostlarım səsimi çıxarmamağım üçün mənə təzyiq göstərir, amma bunu etməyim doğru deyil. Kifayət qədər ərəb ölkəsi çətin vəziyyətdədir. Öz ölkəmin də bunlardan biri olmasını istəmirəm”.

Məqalənin müəllifi ABŞ təşkilatlarını şahzadə Salmana qarşı addım atmağa çağırıb:

“ABŞ təşkilatları Salmanın imicini bərpa etməyi kənara qoyub, MİSK Fondundan (Şahzadə Salmanın adına fond) geri çəkilməlidir. Söhbət şahzadə Salmandan gedirsə, qurumların qarşısında iki konkret variant var: zalımcasına təzyiqin yanında dayanmaq və ya buna qarşı çıxmaq. ABŞ təşkilatları üçün seçim etmək, Salmana istənilməyən şəxs kimi davranmaq və onu ictimaiyyətdən təcrid etmək vaxtıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.