Avstraliyada çiyələklərə iynə sancan qadın saxlanıldı 11-11-2018, 17:58 Avstraliya polisi ölkədə satışa çıxarılan çiyələklərə iynə sancmaqda şübhəli bilinən qadını saxlayıb.Oxu.Az-ın verdiyi xəbərə görə, bazar ertəsi 50 yaşlı qadına qarşı ittiham irəli sürüləcək. Məhkəmə Brisbendə keçiriləcək.İynə sancılan çiyələklər Avstraliyanın 6 ştatındakı dükanlarda aşkarlanıb. Bundan əlavə, iynələr həmçinin bananlarda da tapılıb.Avstraliya qanunlarına əsasən, “ərzaq sabotajı”na görə müttəhimə 15 ilə qədər həbs cəzası verilə bilər. Facebook-da paylaş