Kampda qaçqınlara işgəncə verənlərin məhkəməsi başladı – ALMANİYADA

12-11-2018, 20:58           
Kampda qaçqınlara işgəncə verənlərin məhkəməsi başladı – ALMANİYADA
Almaniyanın Zigen şəhərində qaçqınlara işğəncə verən qrupun məhkəmə prosesi başlayıb. Bu barədə AzEuroNews.com–a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumata daxil olub. Məlumatda deyilir ki, Burbax şəhərində qaçqınların məskunlaşdığı yataqxanaları idarə edən “European Homecare” firmasının 30 əməkdaşı oğurluq, müxtəlif bədən xəsarətləri yetirmək və azadlıqdan məhrum etmə kimi qanunsuz əməllərə görə məsuliyyətə cəlb olunublar.

Yataqxanada yaşayan və daxili qaydaları pozan sığınacaq axtaran şəxsləri “problemlilərin otağı” adlandırdıqları otaqda bəzən iki gündən də çox müddətə azadlıqdan məhrum edərək saxlayıblar. Onlarla həmin otaqda qanunsuz rəftar edib, bəzi hallarda isə hətta döyülübər. Məhkəmə araşdırması zamanı 2013-cü ilin sonlarından başlayaraq 2014-cü ilin iyun ayına kimi bu qanunsuzluqların davam etdiyi, 54 halda belə qanunsuzluğun baş verməsi müəyyən olunub. Məhkəmə prosesinə marağın böyük olmasını nəzərə alan hakimlər prosesi mətbuat konfransı üçün ayrılmış zalda keçirirlər.

Mühakimə olunanlar arasında sığınacaq axtaranların ilkin qəbul məntəqəsinin rəis müavini, Arnzberq inzibati vilayətinin (Şimali Reyn Wеstfalya) iki məsul şəxsi də var. Sonuncu iki məmura fəaliyyətsizliyə, qanunsuz saxlama otağı haqqında məlumatlı olmalarına baxmayaraq tədbir görməmək faktına görə ittiham elan edilib. Baş verən hadisə siyasi qarşıdurma və narahatlığa səbəb olub və həmin vaxtdan sonra yataqxanalara nəzarətin gücləndirildiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.