Belçikada müsəlmanları təhqir edən siyasətçinin Çin casusu olduğu üzə çıxıb

13-11-2018, 07:51           
Belçikada müsəlmanları təhqir edən siyasətçinin Çin casusu olduğu üzə çıxıb
Belçikada barəsində araşdırma aparılan millətçi və separatçı "Flamand arzusu" partiyasının liderlərindən olan Filipp Devinter Çinin xeyrinə casusluqda şübhəli bilinir.

Bu barədə "Report" "Het Laatste Nieuws" qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Devinter 10 ildir ki, Antverpendə Çinin xeyrinə casusluqda şübhəli bilinən QHT-lərə konsultativ xidmətləri göstərir.

Bildirilir ki, siyasətçi 2017-ci ildə Çindən qovulmuş və QHT-nin əsasını qoymuş Şao Çançunla sıx əlaqə saxlayıb. Həmin QHT Devinterin Çin, Qazaxıstan və Özbəkistana səfərini maliyyələşdirib.

Siyasətçi bununla bağlı bütün ittihamları rədd edıb. O, ittihamları qarayaxma kampaniyası adlandırıb. Filipp Devinter bildirib ki, Çin icması ilə əlaqələrin qurulması üçün QHT əməkdaşları ilə əlaqə saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru