CNN kanalı Donald Trampı məhkəməyə verdi

14-11-2018, 00:23           
CNN kanalı Donald Trampı məhkəməyə verdi
CNN telekanalı ABŞ prezidenti Donald Trampı jurnalist Cim Akostanın Ağ Evə girişini qadağan etdiyi üçün məhkəməyə verib.

Teref.az Qafqazinfo-ya istinadən bildirir ki, bu barədə telekanalın açıqlamasında deyilir.

Qeyd olunur ki, prezidentlə birlikdə onun bəzi köməkçilərinə qarşı da dava açılıb.

"Siz çox kobud, yaramaz insansınız" - Tramp hirsləndi - VİDEO - FOTO
Xatırladaq ki, daha əvvəl Milli.Az xəbər vermişdi ki, noyabrın 7-də Ağ Evdə D.Trampın iştirakı ilə keçirilən mətbuat konfransında CNN müxbiri Cim Akosta prezidentə ABŞ-a sığınan mühacirlər və Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı aparılan araşdırma haqqında sual ünvanlamış və sərt cavabla üzləşmişdi.

ABŞ prezidenti "İmkan ver ölkəni özüm idarə edim. CNN-i də sən idarə et" dedikdən sonra çıxışına davam edən jurnalistə əsəbiləşərək "Sən çox kobud və bərbad bir insansan. CNN-də yalan xəbərlər yayımladığınız üçün də xalqın düşmənisiniz" şəklində reaksiya göstərmişdi.

Baş vermiş qalmaqaldan sonra Akostanın Ağ Evdə akkreditasiya kartı gizli xidmət əməkdaşları tərəfindən əlindən alınmışdı.

Videonu izləmək üçün şəklə klikləyin:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru