Yupiter üzərində qəribə buludlar – NASA foto yaydı

14-11-2018, 08:11           
Yupiter üzərində qəribə buludlar – NASA foto yaydı
ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Yupiterin Şimal yarımkürəsində çəkilmiş “bükülmüş” buludların foto-şəkillərini yayımlayıb.

Teleqraf.com xəbər verir ki, görüntü üst bulud qatından 7000 kilometr məsafə uzaqlıqdan - “Juno” kosmik cihazı tərəfindən əldə edilib.

Fotolarda bir neçə “pop-up” formalı fiqurlarla yanaşı, “Ağ Oval” adlandırılan anti-klonik qasırğanı görmək mümkündür.

“Juno” 2011-ci ildə Yupiterin tədqiqatı üçün hazırlanıb və 2016-cı ildə fəaliyyətə başlayıb.

Aparatın missiyasına planetin qravitasiya və maqnit sahələrinin öyrənilməsi, habelə Yupiterin möhkəm bir nüvəyə malik olduğu hipotezini sınaqdan keçirmək daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru