Bil Qeyts İspaniyada aqrar sektora sərmayə qoydu

14-11-2018, 08:13           
Bil Qeyts İspaniyada aqrar sektora sərmayə qoydu
Dünyanın ən varlı adamı, “Forbes” jurnalının siyahısına görə, sərvəti 75 milyard dollar (67 milyard 600 milyon avro) olan Bill Qeyts İspaniyada tədqiqat layihəsinə 5 milyon avro sərmayə qoymaq qərarına gəlib.

Bu vəsait Madrid Politexnik Universitetinin kənd təsərrüfatı sahəsində tədqiqatına xərclənəcək.

Biotexnologiya və Genomika Mərkəzinin rəhbəri Luis Rubionun başçılıq etdiyi layihənin məqsədi tərkibində minimum zəruri miqdarda azot gübrəsi olan taxıl əldə etməkdir. İnkişaf etmiş ölkələrdə kommersiya xarakterli azot gübrələrindən geniş istifadə olunması ekoloji təhlükə yaradır. Tədqiqatlar və eksperimentlər nəticəsində əldə olunan taxıl daha yüksək və davamlı məhsul verir və ekologiyaya təhlükə yaratmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.